“Reklam bazarında yeniliklər və çağırışlar” mövzusunda ictimai müzakirə keçirilib
November 8, 2025“Əmək və məşğulluq münasibətləri” mövzusunda sahibkarlarla görüş keçirilib
November 8, 2025Bakı Kob Evində keçirilən tədbirdə AQSİA İH sədri Səkinə Babayeva qadın sahibkarlarla problemlərin yaranma səbəblərini və həll yollarını paylaşmış, gənc sahibkarlara iş dünyasında maarifləndirici məsləhətlər vermişdir.


8 İyul 2024-cü il tarixində Bakı Kob Evində “Qadın sahibkarların qarşılaşdıqları əsas problemlər və onların həll yolları” mövzusunda növbəti “İşgüzar 5 çay” adlı tədbir keçirilib.
Tədbirin məqsədi qadın sahibkarların iş həyatlarında qarşılaşdıqları problemləri müzakirə edərək onların həll yollarını araşdırmaq olmuşdur.
AQSİA İH sədri Səkinə Babayeva qadın sahibkarlara problemlərin hansı vəziyyətdə yarandığını və onları hansı yolla həll olunduğunu öz çıxışında bildirmişdir.Bundan əlavə olaraq gənc qadın sahibkarlara iş dünyasında bir sıra maarifləndirici məsləhətlər vermişdir.
Tədbirimizdə xanımlar müvafiq suallarını Səkinə xanıma yönəltmiş və onların həll yolları auditoriyada müzakirələr əsasında əsaslandırılaraq xavablandırılmışdır.
Tədbirin yekununda xatirə şəkil çəkdirilmişdir.
Qadın sahibkarlara daim dəstək olan və keçirilən tədbir üçün məkan olaraq bizə yaratdığı şəraitə görə #KOBİA-ya təşəkkürümüzü bildiririk.

