Bakıda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
November 28, 2025Türkiyə-Azərbaycan İş Forumu və İkili İş Görüşmələri Azərbaycanda keçirilib
November 28, 2025Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İctimai Birliyi İdarə Heyətinin sədri və Bakı Tekstil Fabrikinin təsisçisi Səkinə Babayeva, AQSİA-nın Regionlarla işin təşkili komissiyasının rəhbəri Kəmalə Məmmədli və Milli Məclisin deputatı Qənirə Paşayeva Zəngilan, Abşeron və Qubadlı rayon İcra Hakimiyyətlərinin Başçıları ilə görüşüb.
Görüş zamanı şəhid və qazi ailələrinin problemləri, sağlamlıqları, yaşayış şəraiti və digər sosial mövzular müzakirə olunub. Xüsusi olaraq, qazi və şəhid ailələrinin diqqət mərkəzində saxlanmasının, onların tibbi, ərzaq, geyim, təhsil və iş ehtiyaclarının operativ şəkildə təmin edilməsinin vacibliyi vurğulanıb.
Tədbir çərçivəsində Bakı Tekstil Fabriki, AQSİA və Avrasiya Araşdırmalar Mərkəzi birgə sovqat aksiyası təşkil edib. İcra Hakimiyyətlərinin Başçıları sovqatları həmin rayonlarda yaşayan qazi və şəhid ailələrinə çatdırmaq üçün məsul işçilərə təhvil veriblər.
Görüşün sonunda Səkinə Babayeva bildirib ki, torpaqlarımızın geri qaytarılmasında canını, sağlamlığını və sevdiklərini itirən hər bir şəxsə diqqət göstərmək hər birimizin mənəvi borcudur.


