Sahibkarlar Günü münasibətilə tədbir keçirilib
November 28, 2025Yeni yaradılan mediasiya təşkilatlarının ictimai açılışları davam edir
November 28, 2025Aprelin 1-də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvü olan xanım sahibkarlar Yaponiyanın iş xanımları ilə görüşü keçiriblər. Tədbirdə bildirilib ki, yapon xanımların Azərbaycana səfərinin məqsədi öz brendlərini ölkəmizdə təqdim etmək, həmçinin Azərbaycan üzərindən digər türk və islam ölkələrinə satışını təmin etməkdir.
Qonaqların Azərbaycana səfəri TET Beynəlxalq Əməkdaşlıq şirkətinin vasitəsilə reallaşıb. Onlar həmçinin ölkələrimiz arasında əməkdaşlığa töhfə vermək məqsədilə AQSİA ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
Tədbirin xüsusi qonaqları, Yaponiyanın “Organic Halal VKSARA” kosmetik brendinin sahibləri Yumiko Nakano və Riqia Nakano çıxış edərək, brendlərini Azərbaycan xanımlarına tanıtmaq istədiklərini qeyd ediblər. İşgüzar səhər yeməyindən sonra qonaqlara AQSİA adından İdarə Heyətinin sədri Səkinə Babayeva hədiyyələr təqdim edib. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.


