AQSİA Turizm Komissiyası Azərbaycan Turizm Assosiasiyası ilə əməkdaşlıq memorandumu imzalayıb
November 12, 2025“Vətən, Bayraq, Millət” şeirlər antologiyasının təqdimatı fiziki imkanları məhdud istedadlı şəxslərin iştirakı ilə keçirildi
November 21, 2025GücXanımlarda sosial dəstəyi çərçivəsində sahibkar xanımlara avadanlıqlar hədiyyə olundu, əlverişli kredit imkanları təqdim edildi
Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşəbbüsü və Rabitəbankın maliyyə dəstəyi ilə həyata keçirilən #GücXanımlarda sosial dəstəyi proqramı çərçivəsində qadın sahibkarlara mikro bizneslərini inkişaf etdirmələri üçün lazımi avadanlıqlar təqdim olunub.
Layihə çərçivəsində Daşkəsən rayon sakini Tərlan xanıma peşəkar tikiş maşını, Tovuz rayon sakini Tovuz xanıma isə müasir süd sağan avadanlıq hədiyyə edilib. Bu təşəbbüs bölgələrdə qadınların iqtisadi fəallığının artırılmasına, onların biznes fəaliyyətinin genişlənməsinə dəstək məqsədi daşıyır.
Rabitəbank qadın sahibkarlara öz bizneslərini daha da inkişaf etdirmələri üçün xüsusi şərtlərlə maliyyə dəstəyi təqdim edir. Bank tərəfindən sahibkar xanımlara 0% komissiya, illik 14,9% faiz dərəcəsi ilə 1.000.000 manatadək dəstək kreditləri verilir.
Bundan əlavə, Dünya Bankı və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi layihəsi” çərçivəsində aqrar sahədə fəaliyyət göstərən qadın sahibkarlara illik 8,8% olmaqla 800.000 manatadək Aqrar kreditindən yararlanmaq imkanı təqdim olunur.
Qeyd olunan dəstək mexanizmləri qadınların biznes təşəbbüslərinin gücləndirilməsinə, onların iqtisadi müstəqilliyinin artırılmasına və regionlarda sahibkarlıq mühitinin genişlənməsinə xidmət edir.


