Tovuzda AQSİA tərəfindən əl işləri və kiçik istehsal sərgisi və şəbəkə forumu keçirilib
November 11, 2025KOBİA yanında İctimai Şura üzvləri “Bakı KOB evi”nin fəaliyyətinə baxış keçirib
November 11, 2025AQSİA və tərəfdaşları qadın sahibkarların işgüzar fəaliyyətinin dəstəklənməsi üçün layihənin əhəmiyyətini vurğulayıb
Yanvarın 30-da Bakı KOB evində “Biznesdə Qadınların Gücü” layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirdə layihənin təşkilatçıları və tərəfdaşları, o cümlədən KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov, Rabitəbank ASC-nin sədri Aydın Hüseynov və AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva iştirak ediblər.
Layihənin məqsədi qadın sahibkarların iqtisadiyyatda rolunu artırmaq, onların işgüzar fəallığını dəstəkləmək, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış imkanlarını genişləndirməkdir. Layihə çərçivəsində qadın sahibkarlar üçün müxtəlif təlimlər, istehsalat təcrübəsi və şəbəkələşmə (“netvörkinq”) tədbirləri təşkil ediləcək. Layihə sonunda iştirakçıların təqdim etdiyi ən yaxşı 3 layihəyə maliyyə dəstəyi veriləcək (1-ci yer – 5000 manat, 2-ci yer – 3000 manat, 3-cü yer – 2000 manat).
Təqdimatdan sonra layihə iştirakçıları üçün ilk təlimlər keçirilib. Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələri qadın sahibkarlara kommunikasiya, liderlik, mübahisələrin idarə olunması və digər mövzularda məlumat veriblər. Həmçinin, AQSİA sədri Səkinə Babayeva tərəfindən mentorluq təlimi təşkil olunub. Təlim zamanı iştirakçıların sualları cavablandırılıb və onların peşəkar bacarıqlarının artırılmasına yönəlmiş tövsiyələr verilib.



