KOBİA yanında İctimai Şura üzvləri “Bakı KOB evi”nin fəaliyyətinə baxış keçirib
November 11, 2025“Şuşa İli” Qrant Müsabiqəsinin Yekunlarına Dair Mətbuat Konfransı Keçirilib
November 11, 2025Regionda qadın sahibkarların assosiasiyaya üzvlük bilikləri artırılıb
23-24 yanvar 2023-cü il tarixində USAID Özəl Sektorun İnkişafı Layihəsi çərçivəsində Biləsuvar və Masallı rayonlarında “Sahibkar qadınların assosiasiyaya üzvlük biliklərinin artırılması” mövzusunda növbəti təlimlər keçirilib. Təlimlər Biləsuvar rayon İcra Hakimiyyəti, Biləsuvar rayon Qadın Resurs Mərkəzi və Masallı rayon İcra Hakimiyyətinin dəstəyi ilə AQSİA tərəfindən təşkil olunub.
Təlimlərdə regionda fəaliyyət göstərən 50-dən artıq qadın sahibkar iştirak edib. AQSİA əməkdaşları təlim zamanı assosiasiyanın fəaliyyəti, üzvlüklə bağlı nəzəri və praktiki məlumatlar, habelə dövlət və özəl sektor arasında assosiasiyanın rolu barədə məlumat veriblər. Həmçinin sahibkarların sualları cavablandırılıb və onları maraqlandıran məsələlər müzakirə olunub.



